Fevralın 5-də Tbilisidəki M.F.Axundzadə adına muzeyin art-qalereyasında “Rənglərin yağışı” adlı sərgi açılıb. Sərgidə Marneuli Gənclər Mərkəzinin rəsm və xalçaçılıq kursu üzvlərinin əl işləri nümayiş etdirilir.
Açılışda Gürcüstanın hökumət üzvləri, Kvemo-Kartli bölgəsinin qubernatoru və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, sərgidə ümumilikdə 44 əl işi nümayiş etdirilir, bunların 8-i xalçaçılıq, 36-sı rəsm əsəridir. Nümayiş olunan xalçalar Borçalı elinin xalçaçılıq sənəti nümunələridir.
Qeyd olunub ki, Marneuli Mədəniyyət Mərkəzində təşkil olunan kurslarda 600 nəfər gənc qədim xalçaçılıq sənətinin və digər sənət növlərinin sirlərini öyrənir. Üç ildir davam edən kurslar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir.
Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili bildirib ki, bu cür kursların təşkili bölgədəki gənclərin asudə vaxtlarının səmərəli təşkili, eləcə də mədəni əlaqələrin inkişafı baxımından çox önəmlidir. Kurslarda azərbaycanlı gənclərlə yanaşı, gürcülər və digər milli azlıqların nümayəndələri də təhsil alırlar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar