Londondakı məşhur “Sotheby"s” hərracında tanınmış azərbaycanlı rəssam Cavad Mircavadovun əsəri sərgilənəcək.
Sərgi fevralın 16-19-da Londonda keçirilən II Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində təşkil olunacaq. Festival “Buta” İncəsənət Mərkəzi tərəfindən keçirilir. Sərgidə Cavad Mircavadovun “Tanrının anası” (“Mother of God”, 1987) əsəri nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycan incəsənət tarixində müasir istiqamətin - nonkonformizmin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü ildə Bakıda anadan olub. 1949-1954-cü illərdə Sankt-Peterburqda yaşayıb, Rusiya Dövlət Ermitajında fəhlə kimi çalışıb. Onun ilk rəngkarlıq əsəri 1967-ci ilə aid edilir. Cavad Mircavadovun yaradıcılığı formaca müasirliyə, məzmunca milli incəsənətin ənənələrinə əsaslanır. Rəssam 1992-ci ildə vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar