Müasir İncəsənət Muzeyində Türkiyədə fəaliyyət göstərən rəssam soydaşımızın sərgisi

Fevralın 21-də Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Assim Rəsuloğlunun “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi açılacaq. Sərgidə rəssamın 30-dək rəngkarlıq əsəri nümayiş olunacaq.
Assim Rəsuloğlu 1955-ci ildə Şəkidə anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Belarus Dövlət Dramaturgiya İnstitutunun teatr və incəsənət fakültəsini monumental rəngkarlıq ixtisası üzrə bitirib. 1984-cü ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib.
Rəssam hazırda Türkiyədə yaşayır, Antalya Universitetinin müəllimidir. Onun yaradıcılığının məqsədini təsvirlərdə rənglərin və xətlərin vəhdəti, ümumi formanın uyğunluğunun axtarışı təşkil edir. Çünki incəsənət sonsuz, daimi axtarışlar deməkdir. Rəssamın əsərlərindəki rənglərin müxtəlifliyi bizə təsvirin məzmununu təhlil etməyə imkan yaradır.
Assim Rəsuloğlunun Türkiyədə, eləcə də Yaponiya, Rusiya, ABŞ və Danimarkada fərdi sərgiləri keçirilib. O, bir çox sərgilərin iştirakçısı olub. Əsərləri muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır.
Rəssamın Müasir İncəsənət Muzeyində “Mənim dünyaya baxışım” adlı fərdi sərgisi martın 5-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar