Martın 11-də Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun “Qeyb olan qadın” adlı sərgisi açılacaq. Sərgidə rəssamın 100-dək rəngkarlıq əsəri, səsli və video installyasiyası nümayiş olunacaq.
Layihənin məqsədi Azərbaycanda müvəqqəti yaşayan əcnəbi qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdir. İştirakçı qadınlar layihəyə qatılmağa könüllü şəkildə razılıq veriblər. Onlar yaş, ailə vəziyyəti, işləyib-işləməyib göstəriciləri əsasında seçiliblər. Sorğu 2013-cü ilin sentyabrından 2014-cü ilin fevral ayınadək davam edib.
Sara Nill-Consun əsərləri Böyük Britaniya, Norveç, Fransa, Anqola, Koreya Respublikası və Türkiyənin məşhur qalereyalarında, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Rəssamın Bakıdakı sərgisi aprelin 1-dək davam edəcək.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar