11 yaşlı Aydan Məmmədzadənin fərdi sərgisi açılıb

“Qalereya 1969" sərgi salonunda sənət aləmində ilk nailiyyətlərini əldə edən 11 yaşlı rəssam Aydan Məmmədzadənin fərdi sərgisinin açılışı olub.

Açılışda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək, milli rəssamlıq məktəbimizin nailiyyətlərindən danışıb, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın istedadlı uşaqlara göstərdiyi böyük qayğı və dəstəyi xüsusilə vurğulayıb. Nazir müavini Aydan Məmmədzadənin rəsm əsərlərinin gözəlliyindən söz açaraq ona seçdiyi bu sənət yolunda yaradıcılıq uğurları arzulayıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov da balaca rəssamın sənət duyumundan söz açıb, onun yetişməsində müəllimlərinin əməyini qeyd ediblər.
Aydan Məmmədzadənin fərdi sərgisi həm də xeyriyyə aksiyası kimi nəzərdə tutulub - satılan rəsmlərdən əldə olunan vəsait uşaq evlərinə veriləcək.
Yaşının az olmasına baxmayaraq, Aydan Məmmədzadə artıq beynəlxalq müsabiqə laureatıdır. 2013-cü ildə 37-ci "Sumitomo life" beynəlxalq rəsm müsabiqəsində iştirak edərək gümüş medala layiq görülüb. Müsabiqə qaliblərinin əl işləri ötən ilin yanvarında Yaponiyanın paytaxtı Tokioda “Nihon Kagaku Miraikan” muzeyində, mart-aprel aylarında isə Parisdə məşhur Luvr muzeyində sərgilənib.
“Baku Modern Art” studiyasında sənətin sirlərinə yiyələnən yeniyetmə rəssamın uğurlarında onun müəllimləri - Azərbaycan təsviri sənətində öz dəst-xətti ilə seçilən Əməkdar rəssam Əsmər Nərimanbəyova və Səfiyyə Mirbabayevanın da böyük əməyi var.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar