Fevralın 24-də Xətai Sənət Mərkəzində “Yaddaşlarda yaşayan Xocalı” adlı sərgi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib.

Açılışda nazirliyin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və başqaları çıxış edərək Xocalıda baş vermiş soyqırımının təsviri sənət əsərlərində, özəlliklə uşaq və yeniyetmələrin əl işlərində ifadə edilməsinin əhəmiyyətini vurğulayıblar. Qeyd edilib ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.
Sərgidə Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəsm dərnəyinin və Xətai Sənət Mərkəzinin nəzdində fəaliyyət göstərən dərnəyin üzvlərinin 60-dan çox əl işi nümayiş olunub.
Sərgidə fərqlənən şagirdlərə sertifikatlar verilib. Sonda tədbir iştirakçıları Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, xatirələrini hörmətlə anıblar.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar