Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) bu ali məktəbin təsviri sənət kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Fəxrəddin Qəhrəmanlının fərdi sərgisi açılıb.
Açılışda çıxış edən universitetin rektoru, professor Fərəh Əliyeva tələbələrlə yanaşı, müəllimlərin də sərgilərinin təşkil edilməsinin vacibliyini vurğulayıb. Rektor tələbələrin müəllimlərinin yaradıcılığı ilə daha yaxından tanış olmaları üçün bu cür tədbirlərin əhəmiyyətindən danışıb.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov, professor Arif Əziz, Xalq rəssamı Xanlar Əhmədov və başqaları çıxış edərək Fəxrəddin Qəhrəmanlının yaradıcılığından, rəssam kimi fərdi üsluba malik olmasından, pedaqoji fəaliyyətindən söz açıblar, müəllimlərin yaradıcılıq işlərinin tələbələrə təqdim edilməsini yüksək qiymətləndiriblər.
Sonra iştirakçılar təqdim edilən əl işləri ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 34 əsəri nümayiş etdirilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar