Yeni nəşrlər
   
     
   Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, şair və yazıçı Rəşad Məcidin “Əlvida və salam” adlı yeni kitabı işıq üzü görüb. Kitab 500 tirajla “Aspoliqraf” nəşriyyatında çap olunub. Kitabın redaktoru və “Xeyirxahlıq statusu” adlı ön sözün müəllifi Mustafa Çəmənlidir. Kitabda müəllifin son beş ildə yazdığı məqalələr, yol qeydləri və esselər toplanmışdır. Son dövrlərin maraqlı kitablarından biri olan “Əlvida və salam” kitabından başqa, müəllifin ötən illərdə “Hələ ki vaxt var”, “10 sentyabr” adlı kitabları da işıq üzü görüb.    

Fərid Hüseyn