Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən “Vətən and yerimizdir” müsabiqəsinin qalibi olan İsmayıl Səfərəliyevin “Mən evimə qayıdıram” ssenarisi “Salnamə” kinostudiyasında istehsalata buraxılıb. Gözlənildiyi kimi filmə rejissor Şamil Əliyev quruluş verəcək. “Salnamə” kinostudiyasından verilən məlumata görə, hazırda filmin çəkilişlərinə başlamaq üçün ilkin hazırlıq işləri gedir. Hazırlıq prosesindən sonra filmin çəkilişlərinə start veriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar