Minsk şəhərindəki “Moskva” kinoteatrında Belarus Teleqraf Agentliyinin (BELTA) “Suveren Belarus: nailiyyətlər dövrü” adlı fotosərgisi açılıb.
Sərgidə 50 fotoşəkil nümayiş etdirilir. Ölkənin 25-30 il əvvəl necə yaşadığını göstərən 25 fotoşəkil ağ-qara fonda, müasir belarusluların necə yaşadığını əks etdirən 25 fotoşəkil isə rəngli fonda təqdim olunub.
Sərgi agentliyin fotomüxbirlərinin arxiv və müasir işlərinin kontrastı nəticəsində son 20 ildə Belarusda baş verən dəyişiklikləri göstərir. Tədbirə gələnlər köhnə və yeni şəkilləri müqayisə edərək, ölkənin keçdiyi inkişaf yolunu görə bilərlər. Son illərin fotoşəkilləri respublikanın haqlı olaraq qürur duya biləcəyi nailiyyətlərin qazanıldığı sahələri əks etdirir.
Ekspozisiya Minskdə oktyabrın 16-dək göstəriləcək, sonra isə ölkənin bütün vilayətlərində nümayiş olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar