Sentyabrın 15-də Fransanın Azərbaycandakı səfirliyində rəssam Rübabə Mircavadovanın “Fransa mədəniyyətindən təsirlənərək” adlı sərgisi açılıb.
Sərgidə fırça ustasının Fransa mədəniyyəti mövzusunda 25 əsəri nümayiş olunub. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye qonaqları salamlayaraq sərginin əhəmiyyətindən söz açıb. Diplomat belə sərgilərin açılmasının hər zaman maraqla qarşılandığını diqqətə çatdırıb. 2010-cu ildə rəssam Rübabə Mircavadovanın Fransanın ədəbiyyat və incəsənət ordeni ilə təltif edilməsini bildirən diplomat bunun incəsənətə və rəssamın sənətinə göstərilən qayğının nəticəsi olduğunu vurğulayıb.
Rübabə Mircavadova ona göstərilən diqqətə görə hər kəsə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar. Qeyd edək ki, rəssam Rübabə Mircavadova görkəmli Azərbaycan rəssamı Cavad Mircavadovun qızıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar