Mədəniyyət və İncəsənət Universitetində “Tolerant Azərbaycan gənci” mövzusunda sərgi açılıb. Gənc rəssam və heykəltəraşların tolerantlıq mövzusunda 70-dən çox əsərinin yer aldığı sərgi ilk dəfə bu ilin mayında Azərbaycan Rəssamlar İttifaqında, Vyanada və Avropa Oyunlarının “Atletlər kəndi”ndə nümayiş olunub.
Mərasimdə universitetin prorektoru Məryəm Əlizadə çıxış edərək maraqlı, aktual mövzuya həsr olunan sərginin əhəmiyyətindən danışıb. Xalq rəssamları Ağəli İbrahimov, Arif Hüseynov, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev layihə barədə fikirlərini bölüşüb, sərgidə gənclərin fəal iştirakını yüksək dəyərləndiriblər. Bildirilib ki, sərgi bundan sonra da müxtəlif ölkələrdə nümayiş etdiriləcək.
Sonra sənətşünas Dilarə Müzəffərli rəhbəri olduğu layihə və nümayiş etdirilən əsərlər barədə məlumat verib. O, Prezident yanında Gənclər Fonduna, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına, Mədəniyyət və İncəsənət Universitetinə layihəyə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar