Oktyabrın 8-də İçərişəhərdəki “Yay” qalereyasında Əməkdar rəssam, heykəltəraş Hüseyn Haqverdinin “Qırılma” adlı sərgisinin açılışı olub. Sərgidə rəssamın yaradıcılığına xas olan işlər - qarışıq texnikalı qrafika, rəngkarlıq, daşdan və ağacdan hazırlanmış heykəltəraşlıq əsərləri nümayiş etdirilir. Əsərlər əsasən avanqard, abstrakt və postmodernist janrdadır.
Hüseyn Haqverdi Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini və Muxina adına Sankt-Peterburq Ali Rəssamlıq-Sənaye Akademiyasını bitirib.
2012-ci ildə yaradılan “Yay” qalereyası müxtəlif janr və nəsillərə mənsub olan rəssamları təqdim edən çağdaş incəsənət qurumudur.
“Qırılma” sərgisi noyabrın 10-dək davam edəcək.

Soltan








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar