Fransız incəsənət həvəskarları qarşısında öz yaradıcılığını dəfələrlə nümayiş etdirən gənc istedadlı azərbaycanlı rəssam Məryəm Ələkbərlinin növbəti fərdi sərgisi oktyabrın 23-də Luvr Muzeyinin Karusel qalereyasında təşkil olunacaq. İyun ayında Karusel qalereyasında keçirilən “Art Shopping” festivalında Məryəm Ələkbərlinin sərgisi nümayiş etdirilib. Məryəmin əsərləri Almaniyada, İtaliyada, Rusiyada, Türkiyədə, Litvada və dəfələrlə Fransada nümayiş etdirilib və müəllifə böyük uğur qazandırıb.