Bakıda gənc quramaçı rəssam Humay Zahirqızının əl işlərindən ibarət “Mənim quramam” adlı xeyriyyə sərgisi açılıb. “Olimpik Star” idman-əyləncə kompleksində reallaşan sərgidə müəllifin 150-dək sənət əsəri nümayiş olunub. Yerli və xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb. Bu, Humay Zahirqızının sayca 9-cu fərdi sərgisidir. Müxtəlif beynəlxalq müsabiqələrdə uğur qazanan rəssam “Türk mədəniyyətinə xidmətlərinə” görə mükafata layiq görülüb. Türkiyənin Ankara, İzmir, Samsun və Ordu şəhərlərində fərdi sərgiləri keçirilib.