Noyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Tarixin etüdləri” adlı rəsm sərgisi açılacaq. Sərgidə akademiyanın müəllimi Sabir Hüseynovun mənzərə, natürmort, kompozisiya, portret janrında əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, rəssamın 1994-cü ildə Yunanıstanda, 1996-cı ildə Rusiyada və Almaniyada fərdi sərgiləri açılıb. O, Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən sərgilərdə iştirak edib. Sabir Hüseynovun əsərləri bir sıra ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.