Oktyabrın 31-də “Kiçik QalArt” qalereyasında rusiyalı rəssam Olqa Kroytorun “Digər tərəfdən” adlı üçhissəli layihəsi təqdim ediləcək. Qalereyadan bildirilib ki, “Parçalanma” videoçarxından, “Gərəksizlər” fotoşəkil silsiləsindən və “Yanmış otaq” instalyasiyasından ibarət olan sərgi gələn ilin yanvarınadək davam edəcək. Olqa Kroytorun əsərləri onun şəxsi təəssüratları, duyğuları və qorxularının ardıcıl tədqiqatıdır. Parçalanma, ölüm və özgəlik mövzuları müəllif üçün əslində fasiləsiz davam edən prosesin bir hissəsini təşkil edən ömür axını mənasını kəsb edir.