Noyabrın 15-də “Art Villa” qalereyasında rəssamların əl işlərindən ibarət “Bir günəş” adlı sərgi açılacaq. Sərgi “Dünya rəssamlığı” incəsənət klubunun təşkilatçılığı, Azərbaycan İncəsənət Konsulluğunun (Arts Council Azerbaijan) və Gənclər Şəbəkəsinin dəstəyi ilə keçiriləcək.
İncəsənət klubundan bildirilib ki, layihənin məqsədi daha az tanınmış rəssamlara dəstək olmaq, onların bacarıqlarını insanlara çatdırmaqdır. Sərgidə 20-dən çox gənc rəssamın verilən mövzu üzrə yağlı boya ilə çəkdiyi əsərlər nümayiş etdiriləcək.