Dekabrın 1-də Londonun “Sotheby’s” hərrac evində Rusiya incəsənətinin üç sənət əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.
Hərracın əsas lotları arasında Azərbaycanın Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu “Aydan” əsəri də yer alıb. Sənət əsəri 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir.
“Sotheby"s” hərrac evinin rəsmi məlumatında bildirilir ki, "Aydan" sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur. Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam vaxtilə Tokioda açdığı sərgisi münasibətilə çəkib.