“Salnamə” kinostudiyasında çəkilən “Qara bayram” üçseriyalı bədii-sənədli filmin çəkilişləri başa çatıb. Film hazırda montaj prosesindədir. Kinostudiyadan verilən məlumata görə, cari ilin payızında film tam hazır olacaq. Qeyd edək ki, “Qara bayram” 1918-ci il mart hadisələrindən bəhs edir.
   Filmin rejissoru Mehriban Ələkbərzadə, ssenari müəllifi Nadir Bədəlov, operatoru Adil Abbasov və Elşən Həsənoğludur.
   Filmdə Məmməd Əmin Rəsulzadə obrazını İntiqam Soltan, Nəriman Nərimanov obrazını Bəxtiyar Şərifzadə yaradıblar. Ekran əsərinin çəkilişləri Azərbaycanla yanaşı, Türkiyə və Rusiyada aparılıb.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar