Dekabrın 19-da Xətai Sənət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə təşkil edilən “İstedad sorağında” rəsm müsabiqəsinin yekun sərgisi keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, rəssamlar iştirak edirdi.
Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən söz açdı. Bildirdi ki, nazirlik tərəfindən mütəmadi olaraq həyata keçirilən belə tədbirlər gənc nəslin incəsənətə marağının artırılmasına, istedadlı gənclərin dəstəklənməsinə, bu istiqamətdə yaradıcı inkişafa xidmət edir.
Qeyd olundu ki, müsabiqəyə 150-dək müəllifin 600-ə qədər əl işi təqdim edilib. Onların arasından 40-dək həvəskar rəssam və tələbənin 50-yə qədər əsəri seçilərək sərgidə nümayiş olunur.
Sonra müsabiqənin nəticələri açıqlandı. Birinci yerə Cavad Qurbanov, ikinci yerə Ağaxan Ramazanov, üçüncü yerə Sevda Kamalova layiq görüldü. Qaliblərə diplom və hədiyyələr təqdim olundu.

Rəsul







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar