Tbilisidə keçiriləcək III Cənubi Qafqaz müasir rəqs və eksperimental incəsənət festivalı çərçivəsində Bakı Xoreoqrafiya Akademiyasında Almaniyanın Höte İnstitutunun xoreoqrafı Suzan Graunun müasir xoreoqrafiya üzrə ustad dərsləri təşkil olunub.
Suzan Grau Köln Universitetinin incəsənət departamentində musiqi və rəqs ixtisası üzrə təhsil alıb, Nyu-York şəhərində təcrübə keçib. Müasir rəqs üzrə bir sıra layihələrin müəllifidir.
Dekabrın 22-dən 26-dək davam edəcək dərslərdə III Cənubi Qafqaz müasir rəqs və eksperimental incəsənət festivalının bədii rəhbəri, Gürcüstanın Xalq artisti Georgi Aleksidzenin adını daşıyan Müasir Xoreoqrafiyanın İnkişafı Fondunun rəhbəri Mariam Aleksidze də iştirak edib. Cənubi Qafqaz müasir rəqs və eksperimental incəsənət festivalı 2012-ci ildən etibarən təşkil olunur və müasir xoreoqrafiyanın və eksperimental incəsənətin inkişafı üçün artistlərə geniş imkanlar yaradır. Festival İsveç İnkişaf və Əməkdaşlıq Agentliyi və Gürcüstanın müvafiq təşkilatlarının dəstəyi ilə həyata keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar