Azərbaycanda ilk dəfə olaraq “Zəfəran” Milli Kino və Televiziya mükafatı təsis olunub. Layihənin yaradıcı direktoru Rəşid Əhmədov bu ideyanın həyata keçirilməsinin Azərbaycan Peşəkar Kinorejissorlar Gildiyasının prezidenti, Xalq artisti Eldar Quliyevə məxsus olduğunu bildirib. Mükafatın 17 nominasiya üzrə keçiriləcəyi bildirilir. 
   Layihənin şərtlərinə əsasən, müsabiqədə son 3 ildə istehsal olunmuş filmlər iştirak edə bilər. Digər mükafatlar kimi “Zəfəran”ın da öz amalı, məqsədi var. Belə ki mükafatın təsis olunmasında əsas məqsəd Azərbaycan kinosunu inkişaf etdirmək, yaşatmaq, istehsal olunan filmlərlə tamaşaçıları daha yaxından tanış etmək, kino və televiziya aləmində nəzərdə tutulan layihələrə stimul olmaqdır. Mükafatların bu ilin oktyabrında qaliblərə təqdim olunacağı gözlənilir.
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar