![](/img/news/700x420/20533.jpg)
Tədbirin aparıcısı Nəsib Nur ilk olaraq sözü Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimova verdi. O, qeyd etdi ki, fotoqrafiya incəsənətin başqa sahələri kimi yaradıcı sənətdir və dərin müşahidə tələb edir. Xalq rəssamı mövzusuna görə sərginin nadir və romantik olduğunu bildirdi.
Səbəbkarın orta təhsil aldığı Bakıdakı 132-134 saylı Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova Emin Məmmədovun çalışqanlığından, sənətə yaradıcı münasibətindən söz açdı.
Əməkdar rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Tahir Məmmədov, tanınmış kinooperator, fotoqraf Rafiq Qəmbərov təqdim edilən sərginin mahiyyətindən, önəmindən danışdılar, müəllifə uğurlar dilədilər.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış oldular. Sərgidə gənc fotoqrafın sevənlərin ailə qurmaqla, toyla bağlı romantik, duyğulu, gülməli məqamlarını əks etdirən 113 fotosu nümayiş etdirilirdi. Fotolar tamaşaçıların marağına səbəb oldu, onlarda xoş duyğular yaratdı.
Soltan