II “Nəsimi” Milli Ədəbiyyat Müsabiqəsi öz işini bərpa edib. Xatırladaq ki, ənənəvi olaraq fevral ayının 2-də - Gənclər Günündə start götürən növbəti müsabiqəyə qatılmaq üçün ölkəmizdən, eləcə də İran, Rusiya və Fransadan 47 həmyerlimiz Təşkilat Komitəsinə müraciət edib. Müsabiqənin I mərhələsində 43 nəfərin 140-dan artıq bədii mətni dəyərləndirilib. İlkin dəyərləndirmələrdən sonra müsabiqənin final mərhələsinə 23 müəllifin (12 nasir, 11 şair) 46 mətni vəsiqə qazanıb.
   Münsiflər heyəti yanvarın 15-nə qədər finala adlayan müəlliflər arasından hər nominasiya üzrə I, II və III yerlərin sahiblərini seçəcək. Təşkilat Komitəsinin qərarına əsasən, qaliblərin adları yeni müsabiqənin başlanması ilə eyni tarixdə - fevralın 2-də elan olunacaq. Müsabiqənin təşkilatçıları “Lit.az” ədəbiyyat portalı və “Kultaz.com” mədəniyyət portalıdır.