Hər il dünyanın bir çox ölkəsində 29 aprel Beynəlxalq Rəqs Günü kimi qeyd edilir. Aprelin 28-də Azərbaycan Milli İncəsənət Muzeyində bu gün münasibətilə konsert proqramı keçiriləcək.
Tədbirdə T.İsmayılov adına Uşaq Yaradıcılıq Sarayı və “Günəş” Tədris Mərkəzinin rəqs ansamblının üzvləri gözəlliyi, bədiiliyi və zərifliyi ilə seçilən “Bayram süitası”, “İgidlər”, “Ritm”, “Yallı” kimi rəqslərimizlə yanaşı, hind və latın rəqslərini də ifa edəcəklər.
Qeyd edək ki, bu əlamətdar gün 1982-ci ildə UNESCO-nun qərarı ilə müasir baletin yaradıcısı sayılan fransız baletmeysteri, xoreoqrafiya sənətinin banisi və nəzəriyyəçisi Jan Jorj Noverin xatirəsinə ehtiram olaraq təsis olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar