Beynəlxalq Türk Dili Dərnəyi (TÜRKÇEDER) tərəfindən 2003-cü ildə əsası qoyulan Türk Dili və Mədəniyyət Festivalının 14-cüsü 6-12 aprel tarixində İndoneziyanın paytaxtı Cakartada gerçəkləşib.
22 ölkənin qatıldığı festivalda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Sədəf” xalq çalğı alətləri ansamblının solisti Kənan Ağayev təmsil edib. Türk mahnılarından ibarət “Qara dəniz” adlı popurri ifa edən Kənanın çıxışı böyük marağa səbəb olub.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Sədəf” xalq çalğı alətləri ansamblı filarmoniya yarandığı ildən fəaliyyət göstərir. Burada uşaqlar xalq musiqisinə daha yaxından yiyələnmək imkanı qazanırlar. Bakının müxtəlif musiqi məktəblərindən şagirdlər ansamblın fəaliyyətində yaxından iştirak edirlər. Kollektivin bədii rəhbəri Qönçə Mehdiyevadır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar