Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Bakılı neft kralı” adlı sənədli filmin istehsalına başlanılıb. Film dünyada tanınmış azərbaycanlı geoloq, professor Eyyub Tağıyev haqqındadır. Çəkilişlər “Butafilm” kino şirkəti tərəfindən aparılır.
   
   Şirkətin rəhbəri İlqar Nəcəfin verdiyi məlumata görə, filmin çəkilməsində məqsəd məşhur alimin azərbaycanlı olmasını bir daha sübut etməkdir: “Rusiya və Hindistanda Eyyub Tağıyevin azərbaycanlı olmasına qısqanc yanaşırlar və bir növ bu alimi böyük xidmətlərinə görə özlərininki kimi təqdim edirlər. Buna görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə azərbaycanlı alim haqqında yeni filmin hazırlanması həyata keçirilir”. Filmin çəkilişləri Bakı ilə yanaşı, Moskva, Hindistanın Dehli, Kəlküttə şəhərlərində aparılacaq. Artıq Rusiya paytaxtında çəkilişlər başa çatıb. Ekran əsərində Moskva arxivində olan sənədli materiallardan da istifadə olunub.
   Filmin ssenari müəllifi mərhum yazar Azad Şərif, prodüseri Əli İsa Cabbarovdur.
   Məlumat üçün deyək ki, görkəmli neftçi, professor Eyyub Tağıyev Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak edib, Argentina və Braziliyada çalışıb. Onun əsasən Hindistanın neft sənayesinin inkişafındakı xidmətləri böyükdür. Üç dəfə Stalin Mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar