Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” kino şirkəti tərəfindən çəkilən “Buta” filminin çəkilişləri yekunlaşıb. 
   Hazırda Rusiyanın Sankt-Peterburq şəhərində ekran əsərinin səsləndirilməsi həyata keçirilir. Film kinorejissor İlqar Nəcəfin tammetrajlı ekran əsəri olaraq debütüdür. Filmin operatoru Georgi Beridze, rəssamı Əziz Məmmədov, səs rejissoru Tariyel Həsənzadə, prodüsserləri Xamis Muradov və İlqar Nəcəfdir. Filmdə baş rollarda Rafiq Əzimov, Tofiq Əliyev, Ləman Nəbiyeva və başqaları çəkiliblər.
   “Buta” filmi sabun istehsal edən böyük bir şirkət menecerinin ucqar dağ kəndinə düşməsindən bəhs edir. Ekran əsəri belə açıqlama ilə başlayır: “Buta məlum olmayan zamanlarda yaranıb. Parçaların, freskaların üzərində naxışdır. O, həyatın özüdür”.






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar