“İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi “Bir addım” qısametrajlı bədii filmi Ukraynanın İrpen şəhərində keçirilən VIII Beynəlxalq “İrpen” kinofestivalının “Peşəkar” bölməsində ikinci yerə layiq görülüb. 

   Avqustun 28-29-da keçirilən festivalda 56 ölkə təmsil olunub. Bu festivalın özəlliyi ondadır ki, qaliblər münsif heyətinin qərarı ilə deyil, tamaşaçıların səs verməsi ilə müəyyən olunur. Azərbaycanı bu festivalda təmsil edən “Bir addım” qısametrajlı filmi Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi “Bu meydan, bu ekran - 2008” müsabiqəsinin qalib kinolayihəsi kimi 2009-cu ildə istehsal olunub.
   Filmin bədii rəhbəri Cəmil Quliyev, rejissoru Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, operatoru Tanrıverdi Tanrıverdiyev, rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserlər Fariz Əhmədov və Rəşad Qasımovdur. Rolları Gülzar Qurbanova, Pərviz Məmmədrzayev və Nərminə Kərimova ifa edir.
   Film Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı gəncin həyat hekayəsindən bəhs edir. Yusifin həyat yoldaşı Nisə ömür-gün yoldaşının göz əməliyyatına pul toplamaq üçün gecə-gündüz işləyir. Belə həyat tərzindən bezən Yusif intihar etmək qərarına gəlir. Lakin qəfil peyda olan qadın obrazında mələk onu ölümdən qurtarır və həyatda gözləri görmədən də yaşamağı ona öyrədir. Sonda Yusifin gözləri əməliyyat edilir və o yenidən işıqlı dünyasına qayıdır.   

   Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar