Oktyabrın 14-də Alman-Azərbaycan Mədəniyyət Mərkəzi - Kapelhausda “Payız palitrası” adlı rəsm sərgisi açılacaq. Artıq 6-cı dəfə təşkil olunacaq sərgidə müxtəlif yaşlı fırça ustalarının payız ruhlu rəngarəng əl işləri nümayiş olunacaq.
İki gün davam edəcək sərgidə, həmçinin əsərlərin satışı da təşkil ediləcək.