Noyabrın 8-də “Art Villa” qalereyasında bir neçə gənc fotoqrafın birgə hazırladığı “Bakının müasir memarlığı fotolarda” adlı sərgi açılacaq. Sərgi “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının dəstəyi ilə reallaşacaq.
Bakının müasir memarlıq obyektlərinin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə təşkil olunan sərginin kuratoru Rüstəm Hüseynovdur.
Sərginin müsabiqə mərhələsinə qatılmaq istəyənlər start@artscouncil.az elektron ünvanına müraciət edə bilərlər.