“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş liman işçilərinin xatirəsini əbədiləşdirmək məqsədilə heykəltəraşlar arasında monumental abidə yarışması elan edib. Xatirə abidəsinin Bakı Limanı Əsas yük terminalında ucaldılması nəzərdə tutulur.
Monumentin hazırlanması üçün material, ölçü və miqyas barədə konkret tələb yoxdur. Müəlliflər texnika və material seçimində sərbəstdirlər. İşləri tanınmış heykəltəraşlardan ibarət münsiflər heyəti qiymətləndirəcək.
İştirak etmək istəyənlər əl işlərinin maket və eskizlərini oktyabrın 30-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim etməlidirlər.
Əlavə məlumat üçün:
(+994 12) 5990003 (daxili nömrə 1051) və ya pre@portofbaku.com