Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Rusiya Federasiyası Şimali Osetiya Respublikasının “Alan” rəqs ansamblının konserti olacaq.
Konsert proqramına müxtəlif illərin repertuarından ən yaxşı xoreoqrafik nömrələr daxil edilib. Ansamblın repertuarında təkcə osetin deyil, Qafqazın digər xalqlarının da rəqsləri yer alıb.
“Alan” ansamblının kollektivi fəaliyyətə başladığı vaxtdan dünyanın müxtəlif yerlərində Osetiya mədəniyyətini uğurla təmsil edib və öz sənətkarlığı ilə milyonlarla insanın qəlbinə yol tapıb. Ansamblın bədii rəhbəri Şimali Osetiyanın Xalq artisti Timur Sikoyevdir.