Əsl adı Fahrettin Cüreklibatur olan, 300-ə qədər filmdə rol alan və milyonlarla tamaşaçının ürəyini fəth edən məşhur türk kino ulduzu Cüneyt Arkının sentyabrın 8-də 73 yaşı tamam olur. Bu vaxta qədər müxtəlif janrlarda filmlərə çəkilən aktyorun ömür yoluna nəzər salsaq, onun, demək olar ki, bütün həyatının çəkiliş meydançalarında keçdiyini görərik.
   Aktyor uşaqlıq illərini daxilən yuvarlandığı tənhalıq uçurumunda xatırlayır: “Tarlada çalışan kobud əlli qadınları seyr edərdim. Axşamlar sərin küləklər vızıldayardı qulaqlarımda. Hər gün ucsuz-bucaqsız düzənliklərdən gələn qatarların yolunu səbirsizliklə oturub gözləyərdim. Bu mənim ilk tənhalıq duyğularımdır. Həmişə özümü tənha hiss etmişəm...”
   Kinoya gəlməzdən öncə sənətdən, kinematoqrafiyadan uzaq bir ixtisas üzrə ali təhsil alıb, 1961-ci ildə İstanbul Universitetinin tibb fakültəsini bitirib. 1963-cü ildə isə “Taleyin məhkumları” adlı ilk filmə çəkilir və dərhal məşhurlaşır. İki ildə 30-dan çox rol alan Cüneyt Arkın türk kinosunda bir-birinin ardınca böyük uğurlara imza atır. Dəfələrlə Türkiyənin müxtəlif kinofestivallarında “Ən yaxşı aktyor oyunu”na görə mükafatlar almış sənətkar həm də gözəl şeirlər yazır. Özünü daim yalnız hiss etməsinə baxmayaraq həyatı çox sevir və şeirlərində də bu sevgini tərənnüm edir.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar