Prezident İlham Əliyev noyabrın 7-də Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Adil Bağırov və Nəriman Əzimov “Şöhrət” ordeni, bir qrup teleradio işçisi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Tərəqqi” medalı ilə təltif edilib.
Dövlət başçısı televiziya və radio sahəsində xidmətlərinə görə Şərqiyyə Hüseynova, Seyavuş Məmmədov və Ramiz Həsənoğluna Prezidentin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb.
Digər sərəncam ilə Eldost Bayramov, Həqiqət Əsgərzadə və Əli Məmmədov “Xalq artisti” fəxri adına, televiziya və radio kanallarının bir qrup əməkdaşı “Əməkdar artist”, “Əməkdar jurnalist”, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar mühəndis” adlarına layiq görülüb. Həmçinin bir neçə nəfər Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar