Qazaxıstanın paytaxtı Astanada birinci Avrasiya Kitab Sərgisi keçirilir. Sərgidə Beynəlxalq Türk Akademiyasının nəşrlərindən ibarət stend də nümayiş etdirilir. Stenddə türk xalqlarının maddi-mənəvi irsinin tədqiq olunduğu xeyli sayda kitab yer alıb.
Tədbirdə “Türkologiya sahəsində aktual tərcümə məsələləri” adlı beynəlxalq seminar keçirilib. Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdıralinin moderatorluğu ilə keçirilən toplantıda TÜRKPA-nın baş katibi Jandos Asanov, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Macarıstan, Qırğızıstan, Monqolustanın diplomatları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının nümayəndələri, türkoloqlar və peşəkar tərcüməçilər iştirak ediblər.
Seminar zamanı Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan və türkologiya sahəsində əhəmiyyətli əsərlərdən sayılan “Qədim türk lüğəti”nin təqdimatı da keçirilib.
Sərgi üç gün davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar