Noyabrın 19-20-də Bakıda, Beynəlxalq Muğam Mərkəzində ilk dəfə İndoneziyanın mədəniyyət festivalı keçiriləcək. İndoneziyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə gerçəkləşəcək tədbirdə ölkənin mədəni, etnik müxtəlifliyi, eləcə də milli rəqsləri və musiqi şouları nümayiş etdiriləcək.
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani bildirib ki, festivalın iştirakçıları İndoneziyanın çoxmədəniyyətli mühiti, eləcə də ölkələrimiz arasındakı əlaqələrin tarixi barədə geniş məlumat əldə edəcəklər.