Beynəlxalq konfrans keçiriləcək

21-25 noyabr tarixində Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin iştirakı, Gənclər Fondunun dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyəti, Avropa Gənc Alimlər Şurasının (Eurodoc) tərəfdaşlığı ilə “Multikulturalizm və vandalizm: düşüncə müxtəlifliyinə Avropadan baxışlar” adlı beynəlxalq konfrans keçiriləcək.
Tədbirin əsas məqsədi Azərbaycanın tolerantlıq, multikulturalizm modeli, işğal edilmiş ərazilərimizdə ermənilər tərəfindən dağıdılmış və saxtalaşdırılmış tarixi-arxeoloji abidələr, Qarabağ tarixi haqqında həqiqətlərin Avropa ictimaiyyəti arasında yayılması, media ilə əməkdaşlığın qurulmasıdır.
Həmçinin, Eurodoc təşkilatının xətti ilə Avropanın 35 ölkəsindəki gənc alimlər təşkilatlarında, qurumun 2017-ci il Oslo forumunda Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı müzakirələr aparılacaq.

S.Qaliboğlu







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar