Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına və Özbəkistan Elmlər Akademiyasının kitabxanasına Azərbaycan ilə bağlı zəngin kitab kolleksiyası hədiyyə edilib.
Təqdim olunan nəşrlər arasında Nizami Gəncəvinin bu yaxınlarda Daşkənddə Mədəniyyət mərkəzinin təşəbbüsü ilə özbək dilində çap edilən “Xəmsə”si, (Olimcon Buriyevin tərcüməsi), böyük şairin özbək dilində nəşr olunan “Sirlər xəzinəsi” poeması (Xalq şairi Camal Kamalın tərcüməsi), özbək tarixçisi Şuxrat Salamovun rus dilində “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər”, “Qarabağ: İdeyalar müharibəsi” kitabları, Məhəmməd Füzulinin, Bəxtiyar Vahabzadənin və Anarın əsərləri var.
Mədəniyyət mərkəzi hər il "Azərbaycanı tanıyaq", "Azərbaycan tarixi hər bir ölkədə" layihələri çərçivəsində Özbəkistan kitabxanalarına yüzlərlə kitab hədiyyə edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar