Noyabrın 24-də Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti, respublika Dövlət mükafatı laureatı Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti 17 mart 2016-cı il tarixdə milli teatr və kino sənətinin görkəmli nümayəndəsi, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş qüdrətli sənətkar Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək yubiley gecəsində sənətkarın həyat yolu və yaradıcılığından söz açılacaq, vaxtilə onunla birlikdə çalışmış xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova və digərləri xatirələrini bölüşəcəklər.
Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev bildirib ki, yubiley tədbirləri çərçivəsində Dövlət Teatr Muzeyi tərəfindən hazırlanmış Nəsibə Zeynalovanın yaradıcılıq yolunu əhatə edən səyyar sərginin teatrda, aktrisanın iştirakı ilə çəkilmiş bədii filmlərin Nizami Kino Mərkəzində nümayişi, həmçinin sənətkarın həyat və yaradıcılığı haqqında kitabın (müəllif İlham Rəhimli) və fotoalbomun nəşri nəzərdə tutulur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar