Noyabrın 16-da tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin poeziya üzrə məsləhətçisi, Əməkdar mədəniyyət işçisi, Dövlət mükafatı laureatı, Prezidentin fərdi təqaüdçüsü Fikrət Sadıq 86 yaşında vəfat edib.
Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxıda anadan olub. Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Filologiya fakültəsində təhsil alıb.
Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı “Gənclik nəğmələri” almanaxında dərc etdirdiyi “Artist” və “Ana əli” şeirləri ilə başlayıb. Poetik yaradıcılığında bədii tərcüməyə də meyil edib. “Yumaq top”, “Bir parça vətən”, “Oğul” pyesləri, “Xırdaca gəlin”, “Daş balkon”, “İlk məhəbbət haqqında daha bir hekayə” və s. onun qələminin bəhrəsidir.
Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor olub.
Şairin “Cığır”, “Ömrün bir günü”, “Dəniz küçəmizə gəlir”, “Göydə nə var”, “Yerdən göyə ümid”, “Taleyin acığına” və digər əsərləri bu gün də oxucular tərəfindən maraqla qarşılanır. Yazdığı ssenarilər əsasında ekranlaşdırılan sənədli filmlər, etdiyi tərcümələr və yaradıcılığının əsasını təşkil edən poeziya nümunələri ona əbədiyaşarlıq qazandırıb.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar