Birinci Türkoloji Qurultayın keçirilməsi türk dünyası elmi üçün çox əhəmiyyətli hadisə idi. Beynəlxalq Türk Akademiyası qurultayla bağlı Bakıda saxlanılan arxiv sənədlərindən istifadə edərək nəşrlər hazırlayıb, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ilə birgə bir sıra tədbirlər reallaşdırıb.
Bu barədə Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş konfransda jurnalistlərə müsahibəsində deyib.
O qeyd edib ki, dünya miqyasında tanınmış türkoloq-alimlər 90 il bundan əvvəl Bakıda bir araya gələrək çox mühüm ortaq məsələləri müzakirə ediblər. Bu gün Birinci Türkoloji Qurultayın 90 illiyinin yüksək səviyyədə qeyd olunması türk dünyasında, eləcə də beynəlxalq aləmdə türkoloji elmlər sisteminin inkişafına xidmət edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar