“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Nizami Kino Mərkəzinin birgə layihəsi əsasında “Pillə” verilişinin çəkilişlərinə start verilib.
İdarədən bildirilib ki, gənc istedadları bir araya toplayan “Pillə” verilişi tamaşaçılara müxtəlif peşə sahibləri ilə, incəsənətin bütün sahələrində bacarıqlarını nümayiş etdirə bilən ifaçılarla yaxından tanış olmaq imkanı yaradır.
Qeyd edək ki, layihənin ilk iki buraxılışının qonaqları Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəblərinin şagirdləridir. “Pillə”nin ilk buraxılışı dekabr ayının əvvəlində efirə gedəcək.