Respublikanın tanınmış dirijoru və bəstəkarı, Xalq artisti, Prezident təqaüdçüsü Nəriman Əzimov noyabrın 19-da 80 yaşında vəfat edib.
Nəriman Abbasqulu oğlu Əzimov 1 iyun 1936-cı ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsini bitirib. Ömrünün 60 ili Azərbaycan Televiziyası və Radiosu ilə bağlı olub. Tələbəlik dövründən burada Xalq çalğı alətləri orkestrində tarzən kimi fəaliyyətə başlayıb.
Sonralar uzun illər Səid Rüstəmov adına Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb. Populyar mahnılar (“Gəncəm” və s.), digər musiqi əsərləri bəstələyib.
Ölkə başçısının 7 noyabr 2016-cı il tarixli sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib.
Sənətkar Gəncədə torpağa tapşırılıb.
Allah rəhmət eləsin.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar