“İçəri şəhər” bədii filmi dekabrın 9-dan 16-dək Hindistanda keçiriləcək 21-ci Kerala Beynəlxalq Film Festivalına dəvət alıb.
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, film festivalın “Dünya kinosu” proqramı çərçivəsində nümayiş olunacaq.
Ekran əsəri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.
Psixoloji dram janrında çəkilən filmin ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar