Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Minsk şəhərində keçirilən 23-cü “Listapad” Beynəlxalq Film Festivalının “Qızıl Listapadik” mükafatına layiq görülüb. Bundan əlavə, film “Tamaşaçı rəğbəti” və “Ən yaxşı aktyor oyunu” nominasiyasında da qalib olub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film bundan əvvəl Rusiyada 25-ci “Kinoşok” festivalında mükafat qazanmışdı.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur. Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Mənsurə Əhmədova və digərləri oynayırlar.

Lalə








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar