Rejissorlar Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi Hindistan paytaxtına, 5-ci Dehli Beynəlxalq Film Festivalının müsabiqə proqramına dəvət alıb. Festival 3-9 dekabr tarixində keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan film bu yaxınlarda Rusiyada 25-ci “Kinoşok” Beynəlxalq Film Festivalının və Belarusda 23-cü “Listapad” Minsk Beynəlxalq Film Festivalının mükafatlarına layiq görülüb.
Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.
Rolları Tamerlan Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva, Nazim İbrahimov, Mənsurə Əhmədova və digərləri oynayırlar. Ekran əsəri uşaqların məktəb həyatından, yeniyetmə məktəblilərin qarşılıqlı münasibətlərindən, dostluğa və həyata baxışlarından bəhs edir.

* * *
Yeri gəlmişkən, noyabrın 16-da Nizami Kino Mərkəzi “Cığır” İctimai Birliyinin himayəsində olan uşaqlar üçün “Dərs” filminin nümayişini keçirib.
Nümayişdən sonra ictimai birliyin həmtəsisçisi və sədri dosent Yeganə Mirzəyeva, həmtəsisçi Günel Ələkbərova kino mərkəzinin əməkdaşlarına yaratdıqları şəraitə görə təşəkkürlərini bildiriblər. Bu aksiyaların uşaqların mədəni zövqünün formalaşmasında böyük rol oynadığı qeyd edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar