Azərbaycan filmi dünyanın ən məşhur film mükafatı olan “Oskar”a təqdim olunub. Azərbaycan Oskar Komitəsinin qərarına görə, “Sahə” (“The Precinct”) bədii tammetrajlı filmi (“Nərimanfilm”) Amerika Kino Akademiyasının üzvlərinin ixtiyarına təqdim olunacaq. Filmin istehsal olunduğu “Nərimanfilm” kinostudiyasından verilən məlumata görə, “Sahə” filminin namizədliyi Azərbaycan tərəfindən “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatı uğrunda mübarizəyə qatılmaq üçün irəli sürüləcək. Filmin ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safatdır. “Sahə” bədii filmində məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışılır. Film Azərbaycan və Gürcüstan ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, həmçinin “Paşa Bank”ın iştirakı ilə ərsəyə gəlib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əfəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev, prodüser Nəriman Məmmədovdur.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar