Sentyabrın 16-da Bakıdakı “Azərbaycan” kinoteatrında “Xarici dildə ən yaxşı film” kateqoriyasında “Oskar” mükafatına namizədliyi irəli sürüləcək “Sahə” filminin mətbuat üçün nümayişi keçirilib. Nümayişdən öncə jurnalistlərə məlumat verən aktyor və rejissor Vaqif İbrahimoğlu filmin uğur qazanacağına inandığını deyib.
   Tədbirdə qeyd olunub ki, hələlik yalnız mətbuat nümayəndələri üçün nümayiş etdirilən filmin ictimaiyyət üçün nümayişi sentyabrın 23-dən 29-na kimi “Azərbaycan” kinoteatrında olacaq.
   Qeyd edək ki, Azərbaycan və Gürcüstanın birgə istehsalı olan “Sahə” filminin ssenari müəllifi və quruluşçu rejissor İlqar Safatdır. “Sahə” bədii filmində (“The Precinct”) məşhur fotoqrafın öz uşaqlıq dövrünə mistik səyahətindən bəhs olunur. Film Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “Paşa Bank”ın iştirakı ilə çəkilib. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar